Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırılıb

mart-ayi-uzre-unvanli-sosial-yardimlarin-odenisi-basa-catdirilib
Oxunma sayı: 757

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mart ayı üzrə dövlət sosial yardımlarının Novruz bayramına qədər ödənişi tam təmin edilib.

Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, martın 19-dək bütün sosial yardımlar aztəminatlı ailələrin hesablarına köçürülüb.

Məlumata görə, bu ailələrdəki 1 yaşadək uşaqlara sosial müavinət təyin olunur ki, mart ayı üzrə həmin müavinətlər də sosial yardımla bərabər ödənilib.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı proqramı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən maddi təminat formasıdır. Hazırda 50 mindən artıq ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir.