Martda nəqliyyat xidmətlərinin qiymətləri ucuzlaşıb

martda-neqliyyat-xidmetlerinin-qiymetleri-ucuzlasib
Oxunma sayı: 638

Cari ilin martında nəqliyyat xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 2,1 faiz, o cümlədən yükdaşıma xidmətlərinin qiymətləri 2,5 faiz ucuzlaşıb, sərnişindaşıma xidmətlərinin qiymətləri isə 0,5 faiz bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsindən AzərTac-a verilən məlumata görə, ay ərzində poçt və kuryer xidmətlərinin və rabitə xidmətlərinin qiymətlərində əvvəlki ayla müqayisədə dəyişiklik müşahidə olunmayıb.