Martda problemli kreditlərin həcmi artıb

martda-problemli-kreditlerin-hecmi-artib
Oxunma sayı: 939

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin aprel ayının 1-nə 1 mlrd. 710,2 mln. manat təşkil edib.

"Qafqazinfo" “APA-Economics”ə istinadən xəbər verir ki, bu,  illik müqayisədə 119,9 mln. manat və ya 7,54% çoxdur.

İlin əvvəli ilə müqayisədə bu ilin martında problemli kreditlərin həcmi 83,5 mln. manat və ya 5,13%, fevralla müqayisədə isə 9,3 mln. və ya 0,55% artıb.