Masallı Polis Şöbəsində bomba həyəcanı

masalli-polis-sobesinde-bomba-heyecani
Oxunma sayı: 1250

“Qafqazinfo”nun DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 17-də saat 16.00 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng etmiş naməlum şəxs "Eşitmişəm Masallı RPŞ-nə bomba qoyublar" deyərək telefonu qapayıb.

Məlumat DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, müvafiq tədbirlər görülüb və təsdiqini tapmayıb.

Araşdırmalar zamanı zəng edən şəxsin Masallı rayonunun Qızılavar kənd sakini Rəşadət Əzizov olması müəyyən edilib və o saxlanılıb.