Masallı – Yardımlı yolu təmizləndi

Masallı – Yardımlı yolu təmizləndi
Oxunma sayı: 452

Ötən gün axşam saatlarında intensiv yağıntılar nəticəsində Masallı rayonunda dağ yamaclarında baş vermiş sürüşmə nəticəsində axan torpaq və bitki qatı Masallı-Yardımlı avtomobil yolunun 17, 19, 21, 24 və 29-cu km-lərində yolun hərəkət hissəsinə tökülüb. 

“Qafqazinfo” "Azəravtoyol" ASC-nin saytına istinadən xəbər verir ki, nəticədə yolda hərəkətdə müəyyən çətinliklər yaranıb. Əraziyə dərhal "Azəravtoyol" ASC-nin əməkdaşları və ağır texnikası cəlb olunub. Qısa müddət ərzində yol torpaq və bitki qatından təmizlənərək avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi