Masallıda 16 yaşlı qız itkin düşüb - Foto

masallida-16-yasli-qiz-itkin-dusub
Oxunma sayı: 4491

Masallıda 16 yaşlı qızdan mayın 17-dən bəri xəbər yoxdur. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Masallı şəhər sakini, 2002-ci il təvəllüdlü Hüseynova Sara Xıdır qızı saat 14:00 radələrində ailə üzvlərindən xəbərsiz yaşadığı evi tərk edərək naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb. Sara Hüseynovanın əlamətləri bunlardır: Boyu 173 sm, gözləri və saçları qara rəngdədir, orta bədən quruluşludur. Evdən çıxarkən üzərində mavi rəngli yay gödəkçəsi, qara rəngli cins şalvar, ayağında isə boz rəngli idman ayaqqabısı olub. 

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-39-42 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.