Masallıda 5 at oğurlandı

masallida-5-at-ogurlandi
Oxunma sayı: 643

Masallı rayonunda 5 baş atı oğurlamaqda şübhəli bilinən şəxs həbs olunub. 

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, dünən keçirdiklərilən əməliyyat tədbirləri nəticəsində avqustun 19-da rayon ərazisində vətəndaşlara məxsus 5 baş atı oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Zeynalov tutulub.