Masallıda 52 yaşlı kişi intihar etdi

masallida-52-yasli-kisi-intihar-etdi
Oxunma sayı: 649


Trend xəbər verir ki, sentyabrın 17-də günorta saat 14:00 radələrində 1961-cı il təvəllüdlü Masallı rayon sakini Abdulla Vəliyev özünü Masallı şəhərində yaşadığı evin həyətindəki tövlədə kəndirlə asaraq intihar edib.

Faktı Trend-ə Masallı Rayon Prokurorluğunda da təsdiqləyiblər. Lakin hələlik intiharın hansı səbəbdən edildiyi məlum deyil.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.