Masallıda Ekologiya bayramı

masallida-ekologiya-bayrami-
Oxunma sayı: 642

Hər il olduğu kimi bu ildə Nazirliyin işçiləri öz peşə bayramlarını qeyd edirlər. Bu münasibətlə Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin kollektivi rayonun mərkəzində yerləşən Heydər parkında Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tədbirdə Masallı rayon İcra Hakimiyyəti başçısının Aqrar məsələlər üzrə müavini İsa Nuriyev, Müəssisənin kollektivi abidə önündə gül dəstələri qoyaraq, mərhum prezidentimizin ruhuna dualar oxuyublar.

Daha sonra İsa Nuriyev rayonun İcra başçısı Rafil Hüseynovun adından Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin kollektivini təbrik etdi, onlara işlərində uğurlar arzuladı və daima təbiətə qarşı indiki kimi həssas olmağı tövsiyəyə etdi.