Masallıda güclü külək ziyansız ötüşmədi

masallida-guclu-kulek-ziyansiz-otusmedi
Oxunma sayı: 784

Masallıda güclü külək səbəbindən yaşayış binasının dam örtüyü uçub, bir neçə avtomobil əzilib.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində, 50 nömrəli binada qeydə alınıb.
 
Güclü külək və yağış səbəbindən binanın dam örtüyü uçub. Nəticədə orada avtomobillərini park edən sakinlərə məxsus 5-6 maşına ciddi ziyan dəyib.
 
Bir neçə kənddə enerji verilişində qısa fasilələr olub.

Hazırda rayonda güclü küləyİn yaratdığı digər fəsadlar barədə məlumat yoxdur.