Masallıda inək oğruları saxlanılıb

masallida-inek-ogrulari-saxlanilib
Oxunma sayı: 2484

Masallı rayonunda oğurluq edən şəxslər saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, avqustun 7-də rayon sakini Bəylər Ağayevə məxsus 10 baş inəyi İsgəndərli kəndinin otlaq sahəsindən oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Ülvi Həmzəyev və Əkbər Əliyev saxlanılıblar.