Masallıda maşın velosipedçini vurdu

masallida-masin-velosipedcini-vurdu
Oxunma sayı: 647

Masallıda avtomobil 23 yaşlı velosipedçini  vurub.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunda, Masallının Seybətin dairəsi yaxınlığında qeydə alınıb.
 
Masallının Ətcələr kənd sakini, 1994-cü il təvəllüdlü Rıza Mansur oğlu Mansurov velosipedlə hərəkətdə olarkən onu avtomaşın vurub. Yaralı dərhal Masallı rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.