Masallıda məktəbdə yanğın, 68 şagird təxliyə olunub

masallida-mektebde-yangin-68-sagird-texliye-olunub
Oxunma sayı: 1116

Masallı rayonunda üçmərtəbəli məktəb binasının üçüncü mərtəbəsindəki sinif otağında 1,5 m2 sahədə döşəmə yanıb.

"Qafqazinfo" FHN-nin saytına istinadən xəbər verir ki, hadisə zamanı binadan 68 nəfər şagird yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:49-da yanğın bölmələri tərəfindən söndürülüb.