Masallıda “Mercedes” qaz xəttinə çırpıldı - Sürücü öldü

Masallıda “Mercedes” qaz xəttinə çırpıldı
Oxunma sayı: 1482

Masallı rayonunda yol qəzası baş verib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Öncəqala kəndi ərazisində olub.

Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Müşviq Səməd oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı qaz xəttinə çırpılıb.

Hadisə nəticəsində ağır xəsarət alan M.Məmmədov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi