Masallıdakı hadisə ilə bağlı cinayət işi açıldı

masallidaki-hadise-ile-bagli-cinayet-isi-acildi
Oxunma sayı: 632

Qeyd edək ki, hadisə fevralın 9-da 22:30 radələrində baş verib. E.Rzayev
1963-cü il təvəllüdlü İbayev Novruz Rüstəm oğluna sonuncunun evində atəş açaraq onu öldürmək istəyib.

Daha sonra E.Rzayev rayon polis şöbəsinə könüllü gələrək törətdiyi cinayəti tam etiraf edib və cinayətin aləti olan ov tüfəngini təhvil verib.

Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək iş üçün əhəmiyyət kəsb edən 5 ədəd giliz və digər əşyalar maddi sübut kimi götürülüb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.

E.Rzayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.