Masallıdan 200 nəfərlik imza

masallidan-200-neferlik-imza
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, kollektiv müraciətdə ciddi iddia və faktlara əsaslandıqlarını vurğulayan Masallı sakinləri rayon İcra Hakimiyyətinin Başçısının (Qəzənfər Ağayev) rayonda baş verən hüquq pozuntularında və özlərinə qarşı təhdid və təqiblərdə ittiham ediblər. İki yüzdən çox şəxsin imzaladığı kollektiv şikayətdə müraciət edənlər əsasən Masallı rayonunun 10-dan çox kəndində yaşayan vətəndaşlardır. Dekabrın 19-21-də İHM-nin email ünvanına Azərbaycan Respublikasının Prezidentinə, Nazirliklərə və sair təşkilatlara göndərdikləri müraciətlərinə lazımı qaydada baxılmadığına görə Masallının 10 kəndində 36 nəfərin iştirakı ilə aclıq aksiyasına başladıqları haqqında məlumat göndərilib.

Masallı rayonundakı qanunla ümumi istifadədə olmalı olan su tutarlardan balıq ovunun icra hakimiyyətinin nəzarətində olmaqla fərdi şəxslərə verilməsi və kənd əhalisinin balıq ovlamasına qadağa qoyulması, rayonda biznes fəaliyyəti ilə məşğul olan Çingiz və Yavər Həşimovlara məxsus “Tərəvəz Bazarının” süni insident yaradılaraq onların əlindən alınması və həbs olunmaları, rayonun Digah, Babaser və Qarğalıq kimi su tatarlarında əhalinin balıq ovuna imkan verilməyərək fərdi şəxslərə verilməsinə, həmçinin, kəndlərə məxsus otlaq sahələrində süni su tutarların düzəldilməsi, və rayonda digər korrupsiya fəaliyyətlərinin mövcud olduğu iddia edilən kollektiv müraciətin iştirakçıları hal-hazırda bu şikayətlərindən imtina etmələri üçün onlara qarşı təhdid və təzyiqlərin olduğundan narahatlıqlarını ifadə ediblər.

Masallı rayonunda iddia edilən sonuncu hadisələrdən əlavə İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi ATƏT-in Bakı Ofisinin dəstəyi ilə həyata keçirdiyi “Kiçik və Orta Sahibkarlar üçün Hüquqi Yardım Mərkəzləri” Layihəsi çərçivəsində Bakı Hüquq Mərkəzi Masallı və ətraf rayonlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərindən aldığı şikayət və müraciətlərin təhlili nəticəsində Masallı rayonunda dövlət qurumları və yerli təşkilatların iştirakı ilə tədbir keçirməyi qərara alınıb.
Bu cür tədbir 2012-ci ilin ilk aylarında Masallı rayonu da daxil olmaqla bir neçə regionda dövlət qurumları ilə sahibkarlar arasında sosial dialoq formatında görüşlərin keçirilməsi planlaşdırılır.

Səidə