Masazırda işıq olmayacaq

masazirda-isiq-olmayacaq
Oxunma sayı: 1032

Xırdalan və Masazır qəsəbəsinin bir hissəsində elektrik kəsiləcək.

“Qafqazinfo” xəbər verir ki, “Azərişıq”ın yaydığı xəbərdə bildirilir ki, ”Azərenerji” ASC-yə məxsus 110 kV-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq  10–12 oktyabr 2017-ci il tarixlərində saat 11.00-dan 15.30-a qədər Xırdalan şəhəri 22,24,25,26,28,30-cu məhəllərdə, kənd Xırdalan və Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyib.