Maşın 15 yaşlı qızı vurub

Maşın 15 yaşlı qızı vurub
Oxunma sayı: 383

Noyabrın 14-də axşam saatlarında Bakının Sabunçu rayonunda yeniyetmə qızı avtomobil vurub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, yol qəzası Elşən Mehdiyev və Yavər Əliyev küçələrini birləşdirən dairənin yaxınlığında qeydə alınıb.

 Məlumata görə, 2002-ci il təvəllüdlü Məmmədova Vüsalə İlham qızı həmin ünvanda yolu keçən zaman yanında ailə üzvləri də olub. Ancaq yağışlı hava səbəbindən sürücü yeniyetmə qızı görməyib və onu vurub. V.Məmmədova dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun ayağının sındığı müəyyən olunub.

 Yol qəzasının təfərrüatlarını Sabunçu polisi araşdırır. Artıq sürücünün ifadəsi də alınıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi