Maşın 70 yaşlı piyadanı vurub

Maşın 70 yaşlı piyadanı vurub
Oxunma sayı: 401

Bakıda avtomobil 70 yaşlı kişini vurub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.

Belə ki, Günəşli qəsəbəsində sürücüsü hələlik müəyyənləşdirilməmiş avtomobil naməlum piyadanı vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, zərərçəkən hadisə zamanı tanınmaz hala düşüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi