Maşın ağaca çırpıldı, ölən var - Foto

masin-agaca-cirpildi-olen-var
Oxunma sayı: 1340

Tovuzda avtomobil ağaca çırpılıb.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hərəkətdə olan “VAZ  21 099” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılması nəticəsində rayon sakinləri 34 yaşlı Mirzə Yunanov və onun həmyaşıdı olan Samir Musayev bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar. 

Tibbi yardımlara baxmayaraq S. Musayevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli