Maşın ağaca çırpıldı, xəsarət alanlar var

masin-agaca-cirpildi-xesaret-alanlar-var
Oxunma sayı: 1113

Zaqatalada yol qəzası hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə yanvarın 15-dən 16-a keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 110-cu kilometrliyində baş verib.

Rayonun Əliabad qəsəbə sakini, 1962-ci il təvəllüdlü Ruşan Fətullah oğlu Hudulov idarə etdiyi  “VAZ 2106” markalı 62 BA 448 dövlət nömrə nişanlı minik avtomobili ilə Qax rayonu istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə hərəkət edən sərnişin avtobusunu ötmək istəyərkən idarəetməni itirib və maşını yolun kənarındakı ağaca çırpıb.

Qəzadan sonra deformasiyaya uğramış avtomobilin  sükanı arxasında sıxılmış vəziyyətdə qalan Ruşan Hudulov hadisə yerinə cəlb edilmiş Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılıb.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ruşan Hudulov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəstəxanadan Ruşan Hudulovun reanimasiyaya yerləşdirildiyi, vəziyyətinin ağır olaraq qiymətləndirildiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.