Maşın aşıb, sürücü yaralanıb - Gədəbəydə

masin-asib-surucu-yaralanib
Oxunma sayı: 944

Gədəbəydə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qurudərə kəndində qeydə alınıb.

Rayonun Kəlman kənd sakini, 1970-ci il təvəllüdlü Mehdi Cəfərov idarə etdiyi “VAZ 21099” markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı ağır bədən xəsarətləri alan sürücü Gəncədə olan xəstəxanaların birinə aparılıb.

Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.