“Maşın çırpılıb, amma dağılmayıb” - Təranə qəzadan danışdı

masin-cirpilib-amma-dagilmayib
Oxunma sayı: 2774

Tanınmış müğənni Təranə Qumral qəzaya düşməsi barədə yayılan xəbərlərə münasibət bildirib. 

İfaçı “Qafqazinfo”ya bildirib ki, avtomobilə ciddi bir ziyan dəyməyib. O, artıq “Dodge Duranco” markalı maşının həyətdə olduğunu söyləyib:

“Böyük ziyan dəyməyib, yararsız hala düşməyib. Yüngülvari ön hissəsi əzilib. Heç bir problem yoxdur. Hadisə “Gənclik” metrosu ərazisində olub. Maşın indi həyətdədir. Böyük xərci də olmadı. Maşın çırpılıb, amma dağılmayıb. Salamatçılıqdır, biz yaxşıyıq, narahat olmayın”.