Maşın hovuza düşdü - - İki qardaş öldü

masin-hovuza-dusdu-
Oxunma sayı: 2044


"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, hadisə Mirzə Məmməd kəndində baş verib. Belə ki, “Audi” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı su  hovuzuna  düşüb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü 1983-cü il təvəllüdlü Səmədov Rasim Səməd oğlu və sərnişin 1977-ci il təvəllüdlü Səmədov Cəsərət Səməd oğlu aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib. 

Yanğınsöndürən-xilasedicilər R.Səmədovun və C.Səmədovun cəsədlərini deformasiyaya uğramış avtomobilidən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 05:08-də başa çatıb.