Maşın niyə “Azəriqaz”ın çuxuruna düşdü? - Foto

Maşın niyə “Azəriqaz”ın çuxuruna düşdü?
Oxunma sayı: 1485

“Azəriqaz” İstehsalat Birliyi ötən gün minik maşınının qurum tərəfindən qazılmış çuxura düşməyi ilə bağlı açıqlama yayıb. 

“Qafqazinfo”ya daxil olan məlumatda deyilir ki, Yasamal rayonu H.Cavid 231 ünvanında qaz sızması ilə əlaqədar işlərə başlamamışdan öncə ərazi təhlükəsizlik lenti ilə əhatələnib və xüsusi xəbərdaredici nişanlar qoyulub:

“Ərazidə bütün təhlükəsizlik tədbirləri əvvəlcədən icra olunub və hər hansı bir avtomobilin qazıntı sahəsində qəza törətməsi yalnız avtomobil sahibinin yol verdiyi diqqətsizlikdən irəli gələ bilər”.

Xatırladaq ki, baş verən qəza nəticəsində yaralanan “Daewoo”nun sürücüsü Əziz Vəliyev sınıq xəsarətləri alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi