“Maşın” niyə efirə getmədi? - Video+ Yenilənib

“Maşın” niyə efirə getmədi?
Oxunma sayı: 13299

Hər gün axşam saatlarında ATV-də yayımlanan “Maşın” realiti-şousunun bugünkü canlı yayımı zamanı problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, artıq 40 dəqiqəyə yaxındır ki, verilişin yayımında fasilə yaranıb, əvəzində reklamlar gedir.

“Maşın”ın İnstaqramda rəsmi hesabında aparıcı Murad Dadaşovun video-müraciəti yayılıb.

O bildirib ki, yaranmış texniki problemlərə görə verilişdə kəsilmə baş verib: “Texniki heyət qısa müddət ərzində bu problemi aradan qaldıracaq”.

***

Problem aradan qaldırılıb. Veriliş hazırda yayımlanır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi