Maşın nömrəsi oğurlayan şəxs tutuldu

masin-nomresi-ogurlayan-sexs-tutuldu
Oxunma sayı: 1236

Bakıda oğurluq edən şəxs saxlanılıb.

“Qafqazinfo”nun DİN-nin saytına istinadən verdiyi xəbərə görə,Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyunun 16-dan noyabrın 20-dək olan müddətdə rayon ərazisində 1 həyətyanı sahədən, 1 marketdən ərzaq məhsulları və məişət əşyaları, 3 nəfərin mobil telefonlarını, habelə 1 avtomobilin dövlət qeydiyyat nişanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Kamal Süleymanov saxlanılıb.