Maşın oğruları saxlanıldı

masin-ogrulari-saxlanildi
Oxunma sayı: 669

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Arzu Əhmədova mayın 6-da tutulub.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Nizami Mahmudovdan, sandıqçasında 6 ədəd patronu olan «Valter» tapançası aşkar edilib.

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mirverdi Məmmədov mayın 6-da tutulub.

Nəsimi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Emin Adıgözəlov mayın 6-da tutulub.

Nəsimi RPİ CAŞ və 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ruslan Nəcəfovdan 4 qramdan artıq tiryək aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, o, Əli və Ruslan adlı şəxslərlə birlikdə aprelin 22-də A.Mustafayev küçəsində Anar Xəlilovun idarə etdiyi «Tayota Land-Gruzer» markalı avtomobili qaçırıblar. Həmçinin həmin şəxslər aprelin 27-də S.Axundov küçəsində yerləşən «Asiman» firmasına məxsus «BMV» markalı avtomobili 150 manat müqavilində bir günlük icarəyə götürərək qaytarmayıblar.

Yasamal RPİ CAŞ və NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ruslan Germandan, içərisində 6 kiloqram civə olan şüşə qab aşkar edilib. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində R.Germana civəni satan Bakı şəhər sakini David Seyfullayev yaxalanıb.