Maşın oğruları tutuldu

masin-ogrulari-tutuldu
Oxunma sayı: 1018

Fevralın 14-də Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə həmin gün saat 17 radələrində Ə.Quliyev küçəsindəki avtomobillərin yuyulması məntəqələrinin birindən Abşeron rayon sakini Z.Gülməmmədovun “Hyundai” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub. 

“Qafqazinfo” xəbər verir ki, müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şükürov Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində xidmət aparan Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən müəyyən edilərək avtomobillə birgə saxlanılıb.

Daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə fevralın 13-nə keçən gecə Yeni Günəşli qəsəbəsi ərazisindən qəsəbə sakini T.Məmmədovun “VAZ-21099” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Balaxanı qəsəbə sakini O.Asəfov avtomobillə birgə saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.