Maşın oğurlayan şəxsdən narkotik çıxdı

masin-ogurlayan-sexsden-narkotik-cixdi
Oxunma sayı: 712

Masallı rayonunun Ərkivan qəsəbə sakini Hüseynağa Cəfərov RPŞ-yə müraciət edərək noyabrın 22-də axşam saatlarında ona məxsus “VAZ 21011” markalı avtomobilin qaçırıldığını bildirib.

"Qafqazinfo" DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobilin Ərkivan qəsəbə sakini 39 yaşlı Müçtəba Sadıxovun qaçırdığı müəyyən olunub. Görülmüş tədbirlərlə avtomobil Boradigah kəndi istiqamətində hərəkətdə olarkən saxlanılıb və sürücü ilə birlikdə RPŞ-yə gətirilib.

M.Sadıxovun üzərinə baxış keçirililərkən ondan heroin də aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanb, istintaq davam etdirilir.