Maşın oğuruları tutuldu

masin-ogurulari-tutuldu
Oxunma sayı: 647

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Hüseyn Bilalov martın 28-də tutulub.

Martın 28-də Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Bayram Əliyev tutulub.

Sabunçu RPİ PPXB və 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vasim Əliyevdən 470 qram narkotik vasitə olan marixuana aşkar edilib.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Tofiq Fərəcov, Vüsal İbrahimov, Fuad Həsənov və Samir Ramazanov martın 28-də tutulubar. Müəyyən edilib ki, onlar martın 14-nə keçən gecə Y.Günəşli qəsəbəsində yaşayan Ağasəf Əliyevə məxsus “VAZ-21074” markalı avtomobili qaçırıb və saat 11 radələrində B.Nuriyev küçəsində qabaq hissəsi əzilmiş vəziyyətdə tapılıb. Elə həmin gün eyni ünvandan Rəşad Əbdülrəhimova məxsus “VAZ-2106” markalı avtomobil qaçırıb və saat 08:30 radələrində İ.Məmmədov küçəsində saz vəziyyətdə tapılıb. Onlar martın 26-na keçən gecə isə Y.Günəşli qəsəbəsində yaşayan Ruslan Qasımova məxsus “VAZ-2106” markalı avtomobil qaçırıb və saat 08:50 radələrində Neapol dairəsi yaxınlığında maqnitafonu və səsgücləndiriciləri sökülmüş vəziyyətdə tapılıb.