Maşın piyadaları vurdu - Ölən var

masin-piyadalari-vurdu
Oxunma sayı: 1324

Gəncədə iki piyadanı avtomobil vurub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Qəza zamanı piyadalardan biri hadisə yerində ölüb. Digər şəxs, 1993-cü il təvəllüdlü Bağırov Rüstəm Fazil oğlu isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.