Maşın piyadan vurub

masin-piyadan-vurub
Oxunma sayı: 919

Şirvanda piyadavurma hadisəsi qeydə alınıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Şirvan şəhərində Hacıqabul rayonu Nəvahi kənd sakini 1975-ci il təvəllüdlü Zeynalov Elşən Ağarza oğlu “VAZ 2106” markalı avtomobil tərəfindən vurulub. Yaralı piyada sürücü tərəfindən dərhal Şirvan şəhər xəstəxanasına gətirilib.

 E.Zeynalov sağ bud və omba sümüklərinin sınığı diaqnozu ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Araşdırma aparılır.