Maşın piyadanı vurub

masin-piyadani-vurub
Oxunma sayı: 705

Bakıda avtomobil yolu keçən sərnişini vurub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Naxçıvanski küçəsindəki “8-ci km bazarı”nın qarşısında baş verib. Şəxsiyyəti məlum olmayan piyada 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Lal-kar olduğu bildirilən piyadanın vəziyyəti ağırdır.