Maşın piyadanı vurub

masin-piyadani-vurub
Oxunma sayı: 825

Abşeronda orta yaşlı qadını avtomobil vurub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Abşeron rayonunda baş verib.

Belə ki, yanacaqdoldurma məntəqəsinin yaxınlığında yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Şakirova Xasan Sərdar qızını minik avtomobili vurub. Nəticədə o, xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.