Maşın piyadanı vurub

masin-piyadani-vurub
Oxunma sayı: 707

Bakının Qaradağ rayonu ərazisində qadını avtomobil vurub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, avtoqəza Müşfiqabad qəsəbəsində baş verib.

Qəsəbə sakini Nazilə Nəsirova yolu keçmək istəyən zaman taksi kimi fəaliyyət göstərən minik avtomobilinin zərbəsi ilə üzləşib. Xəsarət alan qadın təcili tibbi yardım maşını ilə 1 saylı Xəstəxanaya çatdırılıb və həkim nəzarətinə verilib.

Yol qəzası ilə bağlı araşdırmalar aparılır.