“Maşın sürmək istəyirəm” - 111 yaşlı nənə

masin-surmek-isteyirem-111-yasli-nene
Oxunma sayı: 673

Bunu eşidən də, düşündük ki, yaşlı qadın ömrünün bu çağında artıq əmək qabiliyyətini çoxdan itirmiş olar. Lakin 111 yaşlı Xavər nənəni həyətdə şum edərkən gördükdə, onun barəsində olan bütün fikirlərimiz alt-üst oldu.

İşini yekunlaşdırdıqdan sonra o, bizimlə söhbətə başlasa da, əlində mal-qara üçün kəndir toxuyurdu. Xavər nənə 3 dəfə ailə qurub. O, birinci və ikinci həyat yoldaşlarından övladı olmadığı üçün könüllü olaraq ayrılıb.

Üçüncü dəfə ailə qurduqdan sonra Tanrı ona 2 övlad payı verib. Xavər nənənin sözlərinə görə, gəlin olduğu hər üç evdə öz işgüzarlığı sayəsində yaxınlarının rəğbətini qazanıb.

“Baldızlarım başıma dönürdülər. Zirəkliyimə görə məni hamı çox istəyirdi", - deyə nənə bildirib.

Hər iki dünya müharibəsini görən Xavər nənənin sözlərinə görə, o zamanlar aclıq və səfalətin nə olduğunu belə bilməyib. Qurduğu təsərrüfat sayəsində daima firavan həyat tərzi keçirən yaşlı qadın elə uzunömürlülyün sirrini bunda görür.

Nənənin 111 yaşı olmasına baxmayar, ömrü boyu cəmi 2 dəfə xəstələnıb. Onu müayinə edən həkimin iynə vurmasına imkan verməyib. Xavər nənə sağlam bədəni sayəsində həyət-bacada olan əksər təsərrüfat və ev işlərinin də öhdəsində asanlıqla gəlir. Nənə rahat şəkildə qab-qacaq yuyur, inəkləri sağır, üstəlik odun da yarır.

Xavər Məmmədovanın 22 nəvə, 4 nəticə və 2 kötücəsi var. Onun yalnız bir problemi var. Ömrünün bu ahıl çağında Xavər nənə maşın sürmək sevdasına düşüb.

“İş təcrübəm çoxdur. Lakin təqaüdüm azdır. Hökümətdən bir xahişim var, mənə maşın versinlər. Maşın sürmək istəyirəm”, - deyə Xavər Məmmədova bildirib./anspress/