Maşın təkəri partladı: 1 ölü, 2 yaralı

masin-tekeri-partladi-1-olu-2-yarali
Oxunma sayı: 641

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qobustan qəsəbəsindəki “Təzə Yurd” adlandırılan ərazidə yaşayan Ağazər Niftəliyev özünə məxsus avtomaşının təkərini təmir edərkən təkər partlayıb. Nəticədə Ağazar Niftəliyev və ona kömək edən qonşuları Səxavət Balayev və Ramal Məmmədov ağır yaralanıblar.

Qeyd edək ki, Ramal Məmmədov xəstəxanada ölüb.