Maşın “uçub” ikinci mərtəbəyə girdi

masin-ucub-ikinci-mertebeye-girdi
Oxunma sayı: 2818

ABŞ-da avtomobil qəza zamanı “uçub”. 

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, maraqlı olay Santa-Ana şəhərində yaşanıb. Belə ki, narkotik təsirində olan  sürücü yüksək sürətlə hərəkət edərək maşını stomotoloji klinikanın 2-ci mərtəbəsinə çırpıb. Sürücü və sərnişin bədbəxt hadisəsədən yüngül xəsarətlə qurtulub. 

Qeyd edilir ki, qəza zamanı klinikanın binasına ciddi ziyan dəyib. Divarda ilişib qalan maşını oradan xilasedicilər çıxarıb.

Aysel Kərimova