Maşın yanacaqdoldurma məntəqəsinə girdi

masin-yanacaqdoldurma-menteqesine-girdi-
Oxunma sayı: 639

Bu gün saat 15 radələrində Bayıl qəsəbəsində “Azpetrol” şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində qəza baş verib.

“Qafqazinfo”nun lent.az-a istinadən məlumatına görə, yüksək sürətlə hərəkət edən “Mercedes” markalı 90-CX-471 nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək, yanacaqdoldurma məntəqəsinə girib.

Həmin vaxt yanacaqdoldurma məntəqəsində olan “VAZ -2107” markalı 90-LE-040 nömrə nişanlı avtomobilə zərər yetirən “Mercedes” məntəqənin operatorunu ağır yaralayıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və yanğınsöndürmə maşınları gəlib. Yanacaqdoldurma məntəqəsinin operatoru və sürücü xəstəxanaya yerləşdiriliblər.