Maşın “zapçast”ı oğurlayan dəstə tutuldu

Maşın “zapçast”ı oğurlayan dəstə tutuldu
Oxunma sayı: 567

Sumqayıtda maşın “zapçast”ları oğurlayanlar saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, oktyabrın 8-nə keçən gecə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində şəhər sakini Oqtay İbrahimova məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Güləliyev, onun oğlu Vaqif, şəhər sakinləri Rasim Talıbov və əvvəllər məhkum olunmuş Elxan Sultanov tutulublar. Onların oktyabrın 1-dən 7-dək olan müddətdə  Sumqayıt şəhəri ərazisində daha 5 avtomobildən oğurluq etmələri müəyyən edilib.

Azər Güləliyevin iyun-sentyabr ayları ərzində şəhər ərazisində daha 5 avtomobildən akkumulyator və məişət əşyaları oğurladığı aşkarlanıb.

Dəstənin digər üzvü Elxan Sultanov isə ötən ilin dekabr ayında və cari ilin sentyabr ayından indiyədək olan müddətdə şəhər ərazisində əlavə 6 avtomobildən akkumulyator və yaddaş kartı oğurlayıb.

Əməliyyat tədbirinin davamı olaraq saxlanılan şəxslərin oğurladıqları əşyaları əlvan metalların qəbulu məntəqəsində işləyən Sumqayıt şəhər sakinləri İxtiyar Quliyev və Qabil Məmmədova satdıqları müəyyən edilib. Həmin şəxslər də müəyyən edilərək izahatlarının alınması üçün polis idarəsinə gətirilib. Qeyd edək ki, metal qəbulu məntəqələri sahibləri aldıqları akkumulyatorların oğurluq olduğunu əvvəlcədən biliblər.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi