“Maşın”da kövrək anlar

masinda-kovrek-anlar
Oxunma sayı: 2316

“Maşın” realiti şousunun ötən günkü sürətində kövrək anlar yaşanıb. “Qafqazinfo” xəbər verir ki, proqramın yaradıcı heyəti iştirakçılara “15 il əvvəl harada idiz?” sualını ünvanlayıb. 

Məşhurlar arasında sözügedən suala bəziləri maraqlı cavab veriblər.  “Maşın”ı dünən tərk edən Mina Hüseyn qeyd edib ki, həmin illər səhnənin xəyalını qurub:

 “Televiziyada müğənnilərə baxırdım, həmişə səhnənin xəyalını qururdum. Bu günlərə çox əziyyətlə gəlmişəm. Mənə çox təsir etdi (ağlayır)”. 

Allahverdi Yolçuyev isə ilk nəvəsinin dünyaya gəldiyini bildirib: “15 il əvvəl ilk nəvəm dünyaya gəlib. Hər kəsə can sağlığı arzu edirəm”. 

İştirakçılar arasında şairə Nazilə Səfərli göz yaşlarını saxlaya bilməyib.  O, həmin illərdə çətin günlər yaşadığını bildirib:

“Həyat yoldaşımın maaşının azlığı işə başlamağıma vadar etdi. Qonşudakı gəlinlərin "bir məmməd"ə (əvvəlki valyuta ilə min manat) qaşlarını alırdım. Onunla uşaqlarımızı böyüdürdük”. 

Şairə qonuşlarının "1 şirvan" (10 min manat) müqabilində qaşlarını aldığını desə də, prodüseri onun instaqram səhifəsində post paylaşaraq N. Səfərlinin həyəcandan pulun miqdarını səhv dediyini qeyd edib.