Maşında külli miqdarda siqaret və spirtli içki gizlətdi - Video

masinda-kulli-miqdarda-siqaret-ve-spirtli-icki-gizletdi
Oxunma sayı: 1890

Külli miqdarda aksiz markası olmayan siqaretlərin və spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz E270 CDI” markalı, nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobilin tavanında, döşəməsində, təkərlərin içərisində və digər yerlərində müxtəlif üsullardan istifadə etməklə gizlədilən, aksiz markası ilə markalanmayan 9580 ədəd “Marlboro Gold Edge”, 2000 ədəd “Parliament Carat” , 1000 ədəd “Marlboro Fine Touch”, 1000 ədəd “Milano London”, 600 ədəd “Malimbo one”, 1200 ədəd “Parliament Super Slims”, 400 ədəd “Parliament Aqua Blue”, 1400 ədəd “Kent Silver” markalı, ümumilikdə 17180 ədəd siqaretlər və 4 ədəd 1 litrlik “Celsius” markalı araq, 2 ədəd 1 litrlik “Black Ram” markalı viski aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.