Maşından 10 min dollar oğurladılar

masindan-10-min-dollar-ogurladilar
Oxunma sayı: 2055

Abşeron rayonu ərazisindəki avtomobillərin birindən 10.000 ABŞ dolları oğurlanıb. 

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən avqustun 17-də rayon ərazisindəki avtomobillərin birindən 10.000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini Kamal Quliyev və Sabirabad rayon sakini Cavidan Mahmudlu saxlanılıb.