Maşından 100 minə yaxın aksiz markasız siqaret tapılıb

masindan-100-mine-yaxin-aksiz-markasiz-siqaret-tapilib
Oxunma sayı: 1789

DGK Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə ölkənin gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və aksiz markası olmayan siqaretlərin Binəqədi rayonunda yerləşən mənzildə saxlanılaraq şəhərin müxtəlif ərazilərindəki tütün məmulatı və spirtli içkilər satılan pərakəndə satış məntəqələrinə paylanması barədə məlumat daxil olub.

"Qafqazinfo" xəbər verir ki, məlumat əsasında Binəqədi rayonu ərazisində əməliyyat tədbiri keçirilib. Bu zaman "Mitsubushi Pajero" markalı avtomobilin salonu və baqajında 10 ədəd müxtəlif ölçülü karton qutuda üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan cəmi 95380 ədəd müxtəlif adda siqaret aşkar olunub.