Maşından 3500 manat oğurladı

masindan-3500-manat-ogurladi
Oxunma sayı: 1017

Bakıda iki avtomobildən oğurluq edən şəxslər saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, Zığ qəsəbə sakini N.Yolçuyevin “Mercedes” markalı avtomobilindən 3500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Timur Sinjapov saxlanılıb.

İyulun 24-nə keçən gecə Bakı şəhər sakini R.Kərimovun “Chevrolet” markalı avtomobilindən 27 manat pul, 2 ədəd mobil telefon, sənədlər və bankomat kartlarını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Elxan İsayev saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.