Maşından 59 telefon tapıldı

Maşından 59 telefon tapıldı
Oxunma sayı: 639

Avtomobilin yanacaq çənindən 59 ədəd mobil telefon aşkar edilib.

“Qafqazifo”nun Dövlət Gömrük Komitəsi saytına istinadən verdiyi məlumata görə,Tovuzda "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəyə gələn Azərbaycan  vətəndaşının idarə etdiyi "Volksvagen Passat" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çənin içində xüsusi düzəldilmiş gizlin-saxlanc yerindən 10 ədəd "Samsung Galaxy J1 prime", 2 ədəd "Samsung Galaxy J5", 45 ədəd "Otel 230", 2 ədəd "X-BO Model-06" markalı mobil telefonlar, 43 ədəd qidalandırıcı başlıq, 15 ədəd adapter, 60 ədəd qulaqcıq və 45 ədəd USB kabel aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi