Maşından gizli mal tapıldı

Maşından gizli mal tapıldı
Oxunma sayı: 531

Balakən Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman preparatını gizlədilmiş şəkildə ölkəyə gətirilməsinin  qarşısını alıblar.

“Qafqazifo”nun  Gömrük Komitəsi saytına istinadən verdiyi məlumata görə, "Mazımçay" gömrük postunda ölkəyə idxal gömrük proseduru altında yük gətirən Türkiyə vətəndaşı Turan İsmail Ali oğlunun idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsinə baxış keçirilib.

Bu zaman avtomobilin salonunun yataq hissəsindəki alt yatağın üzərində olan iki ədəd əl çantasında və salonun yuxarı hissəsindəki rəfdə gömrük orqanına bəyan olunmayan 105 flakon "Aesthetic Dermal; Desinfiltral" adlı dərman preparatı aşkar edilib.

Bundan başqa, avtomobilin yataq bölməsindəki yuxarı yatağın döşəyinin altında gömrük nəzarətindən gizlədilmiş 5 qutu "Teosyal; RHR; 4; 2X1 ml", 4 qutu "Teosyal; RHR; 3; 2X1 ml", 1 ədəd qablaşdırma qutusu olmayan "Teosyal; RHR; 3; 1 ml" və 6 qutu olmaqla ümumilikdə 132 ampul "Aesthetic Dermal; RPS®HA Eyes" adlı dərman preparatları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi