Maşını arxaya sürərkən 4 yaşlı oğlunu öldürdü - Bakıda dəhşət

masini-arxaya-surerken-4-yasli-oglunu-oldurdu
Oxunma sayı: 4278

Zabrat qəsəbəsində yaşayan Adil İsmayılov avtomobillə ehtiyatsızlıqdan oğlu 4 yaşlı Ayxanı vurub.

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, aprelin 17-də saat 17 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan Adil İsmayılov evinin həyətində “Range Rover” markalı avtomobili arxaya sürərkən oğlu 4 yaşlı Ayxanı vurub və nəticədə uşaq hadisə yerində ölüb

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.