Maşını bulvarda park etdi - Foto

masini-bulvarda-park-etdi
Oxunma sayı: 8715

Bakıda bahalı avtomobili yolun ortasında park edən sürücünün görüntüləri sosial şəbəkələrdə yayılıb.

"Qafqazinfo" Avtosfer.az-a istinadən xəbər verir ki, sürücü avtomobili yola perpendikulyar saxlayaraq zolağın yarısını tutub. Avtomobilin digər yarısı isə Milli Parkın ərazisindədir.

Ən maraqlısı isə avtomobilin kənarları konuslarla əhatələnib. Elə bil ki, həmin ərazi avtomobil sahibinin şəxsi əmlakıdır. Yəqin ki, bunu edən ərazidəki qanunsuz "parkovşik"in işidir.

Sosial şəbəkə izləyiciləri sürücü barədə müxtəlif rəylər yazıblar.